Nikol Paşinyandan SON DƏQİQƏ SÜLH AÇIQLAMASI

“Hər gün sülh müqaviləsi imzalamaq üçün gözəl fürsət yaradır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən parlamentdə səslənib.

Paşinyan bununla noyabrda Bakıda keçirilməsi nəzərdə tutulan COP29-un sülh müqaviləsinin imzalanması üçün əla fürsət olması ilə bağlı bəyanatları şərh edib.

“Problem ondadır ki, sülh müqaviləsinin mətni üzrə razılığa gəlmək lazımdır. Ümid edirəm ki, razılıq əldə olunacaq, daha dəqiq desək, bu razılaşma 2022-ci il oktyabrın 6-da Praqada, sonra Soçidə, Brüsseldə əldə olunub. Əsas prinsiplər razılaşdırılıb, onların sülh müqaviləsinin mətnində təkrarlanması qalır. Hesab edirəm ki, bizim bu işi tez bir zamanda başa çatdırmaq imkanımız var. Görəndə ki, bu iş başa çatıb, nəticələr yekunlaşıb və biz imzalamaya keçməliyik, yeri və vaxtı müəyyən etmək daha sonra müzakirə olunacaq başqa bir məsələdir”, - deyə Paşinyan bildirib.

Musavat.com

29.05.2024 13:01
6156