Nikol Paşinyan yeni kadrının adını çəkdi

“Mən Ermənistan İstintaq Komitəsinin sədri vəzifəsinə Artur Poqosyanın namizədliyini irəli sürməyə hazırlaşıram”.

Musavat.com-un xəbərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 22-də Ermənistanın İctimai Televiziyasına müsahibəsində belə deyib.

Qeyd edək ki, bir müddət əvvəl Argişti Kyaramyan Ermənistan İstintaq Komitəsinin sədri vəzifəsindən azad edilib.

A.Poqosyanım adı vaxtaşırı korrupsiya əməllərində hallanıb.

 

Musavat.com

23.11.2024 00:57
461