Nigeriyada məktəb binasının uçması nəticəsində 21 şagird ölüb

Nigeriyada məktəb binasının dərs zamanı uçması nəticəsində 21 şagird ölüb, 69 nəfər xəsarət alıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.

Bildirilib ki, hadisə yerində xilasetmə qrupları və hərbçilər işləyir.

Ümumilikdə məktəbdə min şagird təhsil alır.

13.07.2024 08:15
470