Niger hökumətinin Vaşinqtonla hərbi razılaşmanı pozmasından sonra Birləşmiş Ştatlar Afrikada qoşun yerləşdirmək üçün alternativ variantlar axtarır.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin sədri Cek Rid bildirib.
Onun sözlərinə görə, Nigerdə siyasi vəziyyət getdikcə qarışır, ona görə də ABŞ əvvəlcədən alternativ variantları nəzərdən keçirməyə başlayıb.
Senator vurğulayıb ki, Vaşinqton Afrikada diplomatik nümayəndəlik yaratmalıdır.
Xatırladaq ki, Nigerdə hakimiyyətdə olan hərbçilər ABŞ ilə hərbi razılaşmanı pozublar.
Musavat.com