Nigerin Fransadakı səfiri Aişata Bulama Keynin oğlu İdrissa paytaxt Niameydə hakimiyyəti ələ keçirən üsyançılar tərəfindən saxlanılıb.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, İdrissa Keyn dövlət vəsaitlərini mənimsəməkdə ittiham edilir.
AFP agentliyi qeyd edir ki, onun işi korrupsiyaya qarşı mübarizə baş idarəsinə verilib. Həbsin dəqiq səbəbi hələlik açıqlanmayıb.
Bundan əvvəl üsyançılar Nigerin Parisdəki səfiri Aişata Bulama Keyni vəzifəsindən uzaqlaşdırdıqlarını bildirsələr də, o, onların qərarını tanımayıb və prezident Mohamed Bazumun adından işləməyə davam edəcəyini bəyan edib.
Musavat.com