Nigar Camal 20 Yanvar barədə paylaşım etdi: "Aygün Bəylərlə..." - VİDEO

Müğənni Nigar Camal 20 yanvar faciəsi ilə bağlı paylaşım edib.

Musavat.com baku.ws-ə istinadən bildirir ki, sənətçi şəxsi instaqram hesabında mərhum Əməkdar artist Aygün Bəylərlə duetini paylaşıb.

Nigar Aygünlə bu ifanı torpaq uğrunda canını fəda edən şəhidlərimizə həsr etdiyini deyib:

"20 yanvar faciəsindən 34 il keçir. Biz Aygün Bəylərlə bu duetimizi torpaq uğrunda canını fəda edən bütün şəhidlərimizə həsr etmişdik! Allah onlara da, sənə də rəhmət eləsin, Aygün!"

20.01.2024 13:15
1111