Niderland Ukraynaya 175 milyon avroluq hərbi yardım ayırdı

Niderlanddan Ukraynaya daha 175 milyon avroluq hərbi yardım – 600 min dron sifariş edildi
Niderland Ukraynaya yeni hərbi yardım paketi ayırır.

Musavat.com xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Ruben Brekelmans sosial şəbəkə X-də paylaşım edib.

Nazir bildirib ki, ayrılan yardım paketinin ümumi dəyəri 175 milyon avro təşkil edir və bu paketə radiolokasiya sistemləri ilə yanaşı, pilotsuz uçuş aparatları (PUA-lar) da daxildir.

“Ukraynalı şirkətlərlə 600 min pilotsuz uçuş aparatının istehsalı üzrə müqavilələr imzalamışıq,” – deyə Ruben Brekelmans əlavə edib.

Yeni yardım paketi Niderlandın Ukraynaya verdiyi dəstəyin davamı kimi qiymətləndirilir və ölkənin müdafiə sektorunun Ukrayna ilə daha sıx əməkdaşlığa keçdiyini göstərir.

Musavat.com

24.06.2025 13:23
390