Qərargahı Niderlandda olan KLM aviaşirkəti Azərbaycan üzərindən bugünkü uçuşları ləğv edib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, şirkət Niderlanddan Asiya ölkələrinə 5 uçuş həyata keçirməli imiş.
"Biz vəziyyətin ümumi təsirini qiymətləndiririk. Ümid edirik ki, müştərilərimizi növbəti addımlar haqqında mümkün qədər tez məlumatlandıracağıq", - şirkətin açıqlamasında deyilir.
Qeyd edək ki, 2022-ci ilin fevralında KLM Kiyevə və Ukraynanın digər şəhərlərinə uçuşları dayandıran ilk aviaşirkətlərdən biri olub.
Musavat.com