Niderland Rusiyadan mayeləşdirilmiş təbii qaz alışını bərpa edib

Niderland sentyabr ayında üçaylıq fasilədən sonra yenidən Rusiyadan mayeləşdirilmiş təbii qaz almağa başlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu ölkənin statistik verilənlərində əks olunub.

daha öncə ölkənin iqlim və energetika naziri Rob Yetten aprel ayında hökumətinin Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını dayandırmağa çalışdığını, o cümlədən ölkənin bu il Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalı üçün yeni müqavilələr imzalamağı dayandırdığını və əvvəllər mövcud olan müqavilələrə xitam verməyə çalışdığını bildirib.

Bu bəyanatdan sonra may ayında idxalın həcmi kəskin azalıb - demək olar ki, 30%, iyunda isə tamamilə dayanıb. Fasilə bütün yay davam edib, halbuki əvvəllər alışlarda heç bir fasilə olmamışdı.

Bununla belə, artıq sentyabr ayında Niderland yenidən Rusiya qazının idxalına başlayıb: həmin ay ərzində 109 milyon avroya 211,5 milyon kubmetr yanacaq alınıb.

Bunun fonunda aylıq ifadədə Amsterdamın Moskvadan idxalı bütövlükdə 5,3 % artaraq 410,5 milyon dollar təşkil edib.

10.12.2023 12:45
553