Niderland hökuməti Ermənistana Qarabağdan gələn məcburi köçkünlərin mənzillə təmin olunmasına dəstək məqsədilə 14 milyon avro maliyyə vəsaiti ayıracaq.
Musavat.com xəbər verir ki, bu barədə Niderlandın xarici işlər naziri David van Vil “X” platformasında paylaşım edib.
Van Vil bildirib:
“Bu gün həmçinin elan edildi ki, Niderlandlar Qarabağdan gələn qaçqınların əlçatan mənzillə təmin edilməsi üçün Qlobal İmtiyazlı Maliyyələşdirmə Fondu vasitəsilə 14 milyon avro təqdim edəcək”.
O, bu açıqlamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşünün nəticələrini şərh edərkən verib.
Musavat.com