"Netflix"dən qalmaqallı serial: türk əsgərləri işğalçı kimi təsvir olundu - VİDEO

“Netflix” "Famagusta" serialını sentyabrın 20-dən nümayiş etdirməyə hazırlaşır. Ekran işi hələ yayımlanmadan müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, Cənubi Kipr istehsalı olan serialda 1974-cü ildə adada baş verən hadisələrdən bəhs edilir.

Serialda yunan quldur dəstələrinin Kipr türklərinə qarşı törətdiyi qətliamlar diqqətdən kənarda qalıb, türk əsgərləri isə işğalçı kimi təsvir olunub.

Həmçinin Sülh Hərəkatı zamanı guya türk əsgərlərinin mülki əhaliyə atəş açması kimi bir sıra səhnələr də yer alıb.

AK Partiyanın sözçüsü Ömər Çelik seriala belə reaksiya verib: "1974-cü il Kipr Sülh Əməliyyatını təhrif və Yunanıstan tərəfini təbliğ edən bir serialın film platformasında yayımlanması çox narahatedicidir. Kipr Sülh Əməliyyatı, qəhrəman türk əsgəri, barış və ədalət bu serialla hədəf alına bilməz”.

ŞKTC prezidenti Ersin Tatar da “CNN TÜRK”-ə verdiyi açıqlamasında bu məsələyə münasibət bildirib. O, "Netflix"-in bu cür siyasi hadisədə birtərəfli mövqe nümayiş etdirməsini qınayıb:

"Kipr məsələsi heç də 1974-cü ildə başlamamışdı. Həmin ilki Kipr Sülh Əməliyyatı əslində Kipr türklərini soyqırımdan xilas edən hərbi müdaxilə idi. 50 ildən sonra bu çətin bölgədə sülh davam edir”.

02.09.2024 17:35
744