Netanyahuya ŞOK: “Fəlakətə görə o məsuliyyət daşıyır”

İsrailin aparıcı qəzetlərindən biri olan “Haaretz” İsrailin baş naziri Benyamin Netanyahunu hədəfə alıb.

Musavat.com-un xəbərinə görə, nəşr yazır ki, “fəlakətə görə o məsuliyyət daşıyır”.

“Netanyahu bütün xəbərdarlıqlara və gözlənilən təhdidlərə məhəl qoymadı. Fəlakətə görə o məsuliyyət daşıyır” -  nəşr yazır.

Məqalədə qeyd olunub ki, İsrailin baş naziri ona verilən açıq xəbərdarlıqlarla məşğul olmaq əvəzinə, demokratiyanı darmadağın etməyə, ali hökmdar statusunu bərqərar etməyə diqqət yetirdi.

Musavat.com

24.11.2023 17:28
885