İsrailin baş naziri Benyamin Netanyahunun qardaşı oğlu Yair Edu Netanyahunun öldürüldüyü iddia edilib.
Musavat.com xəbər verir ki, onun HƏMAS-ın silahlı qolu olan İzzəddin əl-Qəssam briqadaları tərəfindən qətl edildiyi barədə məlumatlar yayılıb.
İsrail ordusunda kapitan rütbəsində xidmət edən Yair Edu Netanyahunun Qəzzada "təhlükəli snayper" adlanan dərin nüfuz snayper birliyinin lideri olduğu bildirilir.
Musavat.com