İsrailin baş naziri Beynamin Netanyahunun oğlu Yair Netanyahu X hesabında kürdlərin müdafiəsi ilə bağlı paylaşım edib.
Onun paylaşımına əlavə etdiyi xəritədə kürdlərin torpaqları olaraq qeyd edilən ərazilərə Azərbaycanın Cənub-Qərb rayonları da daxil edilib.
Yair paylaşımında “Bütün nəzərlər Kürdüstandadır”, “Türkiyədəki kürd əhalinin genosidi dayandırılsın”, “İran, İraq, Suriyada kürdlərin genosidi dayandırılsın” kimi təhrikçi şüarlar qeyd edib.
Musavat.com