Netanyahunun ofisi Qəzzada azad olunan girovların siyahısını əldə edib

İsrail hakimiyyəti Qəzza zolağından gün ərzində azad edilməli olan dördüncü girov qrupunun siyahısını alıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinin bəyanatında deyilir.

Məlumata görə, bu barədə azadlığa buraxılanların yaxınlarına bildirilib.

Razılaşmalar çərçivəsində bu gün azad edilməli olan girovların siyahısı alındıqdan sonra ailələrinə də xəbər verilib.

28.11.2023 00:59
392