Netanyahudan xəbərdarlıq: "Hizbullah"la böyük münaqişə qaçılmazdır

İsrailin baş naziri Benyamin Netanyahu silahlı qüvvələr və təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşü zamanı onlara xəbərdarlıq edib ki, o, yaxın gələcəkdə Hizbullah hərəkatı ilə "genişmiqyaslı qarşıdurma"nı qaçılmaz hesab edir.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə İsrail televiziyasının 13-cü kanalı məlumat yayıb.

Onun sözlərinə görə, yaxın bir neçə həftə və ya aylar ərzində "Hizbullah"la münaqişənin kəskinləşməsini gözləmək olar.

İclas iştirakçıları baş nazirin qiymətləndirməsi ilə razılaşıblar. Bildirilib ki, "Hizbullah"a "beynəlxalq legitimlik" verildikdən və sərhəddə kifayət qədər qoşun cəmləşdirildikdən sonra ona qarşı əməliyyata başlamaq qərara alınıb.

Eyni zamanda, təhlükəsizlik rəsmiləri hesab edirlər ki, İsrailin şimalında genişmiqyaslı hərbi əməliyyatlar Qəzza zolağında qüvvələrin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq.

16.09.2024 00:54
260