İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qolf klubunda sui-qəsd cəhdindən sonra “bəxtinə güvənməməyə” çağırıb.
Musavat.com xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabından açıqlama yayıb.
“Sara (həyat yoldaşı) və mən Donald Trampa ikinci sui-qəsd cəhdindən şoka düşdük və onun uğursuzluqla nəticələndiyini eşidəndə rahatladıq. Amma biz bəxtimizə güvənməməliyik”, - deyə İsrailin baş naziri bildirib.
Netanyahu Trampa və xanımı Melaniyə ən xoş arzularını çatdırıb, həmçinin ABŞ-ın prezidentliyə namizədin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyinə ümid etdiyini qeyd edib.
Musavat.com