Netanyahudan ŞOK AÇIQLAMA- Sinvarın məhviQəzza müharibəsinin sonunun başlanğıcıdır

İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS lideri Yəhya Sinvarın məhv edilməsi ilə bağlı açıqlama verib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu qeyd edib ki, bir il əvvəl HƏMAS-ın rəhbəri Yəhya Sinvar 7 oktyabrda İsrailə qarşı qırğını başlatdı:

"Bu, Holokostdan bəri yəhudi xalqına qarşı ən qanlı hücum və İsrail dövlətinin qurulmasından bəri ən dəhşətli hücum oldu. Bu gün o, Rəfahda İsrail ordusunun cəsur əsgərləri tərəfindən məhv edilib. Bu, Qəzza müharibəsinin sonu deyil, sonun başlanğıcıdır."

Netanyahu Qəzza sakinlərinə də mesaj verib:

"Bu müharibə HƏMAS silahlarını təhvil verib girovları qaytarsa, sabah bitə bilər. HƏMAS hazırda 23 ölkədən olan 101 girovu saxlayır və İsrail onları geri qaytarmaq üçün hər şeyi edəcək.”

18.10.2024 11:04
694