Netanyahudan KRİTİK AÇIQLAMA: "İran bunun əvəzini ödəyəcək"

İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İran bu axşam etdiyi hücumun əvəzini ödəyəcək.

Musavat.com-un xəbərinə görə, Benyamin Netanyahu deyib ki, "Raketlərin təxminən 90%-nin hədəflərini tapdığını deyən Tehranın iddialarına baxmayaraq, hücum “uğursuzdur”"

İsrail tərəfindən hələlik heç bir dağıntı, xəsarət və ölüm xəbəri verilməyib. Netanyahu həmçinin Tehranın son yeddi ayda ikinci dəfə İsrailə hücum qərarını “böyük səhv” adlandırıb.

İsrail rəsmiləri artıq öz düşməninə qarşı "ağrılı cavab" verəcəyini vəd edib və İDF-nin baş sözçüsü cavabın onların seçdiyi şəkildə və vaxtda veriləcəyini bildirib.

Musavat.com

02.10.2024 00:44
1222