Netanyahudan Hizbullah AÇIQLAMASI: "Nəticə verməsə başqa yollarla hərəkət edəcəyik..."

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail Hizbullahla münaqişəni siyasi yollarla həll etməyə hazırdır.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu fikrinin davamında aşağıdakıları söyləyib:

“Hizbullaha HƏMAS-ın son aylarda öyrəndiyi dərsi öyrənməyi təklif edirəm - heç bir terrorçu təhlükəsiz deyil. Vətəndaşlarımızı qorumaq və şimallıları sağ-salamat evlərinə qaytarmaq əzmindəyik. Əgər bu, nəticə versə, biz bunu siyasi yollarla edəcəyik. Nəticə verməsə  başqa yollarla hərəkət edəcəyik”.

Musavat.com

08.01.2024 09:05
1094