Musavat.com xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahu ölkəsinin təhlükəsizliyini təmin etmək və Qəzzada qələbə əldə etmək üçün beş əsas prinsip açıqlayıb.
Netanyahu bildirib ki, bunlar aşağıdakılardır:
▪️ HƏMAS-ın tam silahsızlaşdırılması;
▪️ Bütün girovların – sağ və həlak olmuş şəxslər də daxil olmaqla – geri qaytarılması;
▪️ Qəzzada hərbi imkanların tamamilə aradan qaldırılması və silah istehsalı ilə qaçaqmalçılığın qarşısının alınması;
▪️ Təhlükəsizliyə İsrailin nəzarəti, o cümlədən qoruyucu perimetrin təmin edilməsi;
▪️ HƏMAS və Fələstin Administrasiyası ilə əlaqəsi olmayan alternativ mülki idarəetmənin yaradılması.
Baş nazirin açıqlaması Qəzzədə təhlükəsizlik və sabitliyin təmin olunması üçün İsrailin mövqeyini bir daha ortaya qoyur.
Musavat.com