Netanyahu onunla 50 dəqiqə telefonla danışdı

İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.

Bu barədə İsrailin “Kan” dövlət radiosu məlumat yayıb.

Məlumata görə, söhbət 50 dəqiqə davam edib.

Qeyd edək ki, Kremlin mətbuat xidməti hələlik belə bir söhbət barədə açıqlama yaymayıb. (Qafqazinfo)

10.12.2023 17:25
843