Netanyahu oğlunun toyunu təxirə salır - ŞOK SƏBƏB

İsrailin baş naziri Benyamin Netanyahu kiçik oğlu Avnerin noyabrın 26-da Təl-Əvivin şimalında keçirilməsi planlaşdırılan toyunu təhlükəsizlik təhdidləri, xüsusən də dron hücumu riski səbəbindən təxirə salmaq niyyətindədir.

Musavat.com xəbər verir ki, bu barədə İsrailin "Kan 11" telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Netanyahu qonaqları hədsiz riskə məruz qoymamaq üçün toyun daha təhlükəsiz bir tarixə keçirilməsini planlaşdırır.

Bununla yanaşı, baş nazir uzun müddətdən sonra bu həftə yenidən fəaliyyətə başlayan Knessetin (parlament) iclaslarının başqa bir otağa köçürülməsi zərurətini də açıqlayıb.

Telekanalın məlumatına görə, Netanyahunun ən böyük narahatlığı pilotsuz təyyarələrin hücumu təhlükəsidir.

Xatırladaq ki, oktyabrın 19-da "Hizbullah" tərəfindən Livandan buraxılan bir dron Netanyahunun Qeysəriyyədəki şəxsi rezidensiyasını hədəf almış, lakin baş nazir və həyat yoldaşı həmin vaxt evdə olmadıqları üçün xəsarət almamışdılar.

Musavat.com

31.10.2024 10:10
486