Netanyahu oğluna görə NARAHATDIR! İranın sui-qəsd cəhdi...

İsrailin baş naziri Benyamin Netanyahu son günlər oğlunun İranın hədəfinə çevrilə biləcəyindən ehtiyat edərək ölkənin Baş Təhlükəsizlik Xidmətindən (ŞABAK) onun təhlükəsizliyinin artırılmasını istəyib.

Musavat.com  “Azad İrana istinadən xəbər verir ki, bu barədə “The Times of İsrael” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, İsrailin baş nazirinin oğlu Yair Netanyahu hazırda Mayamidə yaşayır və onun təhlükəsizliyi üçün xərclər ildə 680 min dollar qiymətləndirilir.

Qəzet bildirib ki, HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra İsrail cavab əməliyyatları gözləyir və hücumun vaxtını təyin etməyə çalışır.

Məlumata görə, hələlik ŞABAK əldə edilən məlumat və sübutlara əsasən təhlükəsizlik tədbirlərinin artırılması ilə bağlı qərar verəcək.

Musavat.com

28.08.2024 13:39
731