Netanyahu hər girova görə 5 milyon təklif etdi

İsrail Fələstinin radikal HƏMAS hərəkatının əlindən azad edilən hər girov üçün fələstinlilərə 5 milyon dollar ödəməyə hazırdır.

Musavat.com xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfəri zamanı deyib.

"Kim bizə girov gətirsə, onun və ailəsinin təhlükəsiz çıxışı təmin ediləcək, həmçinin qaçırılan hər bir şəxs üçün 5 milyon dollar mükafat verəcəyik.

Seçim sizindir, seçin. İstənilən halda nəticə eyni olacaq: biz bütün girovları qaytaracağıq”, - baş nazir bildirib.

O, həmçinin bir daha vurğulayıb ki, İsrail Fələstin anklavında HƏMAS-ın bütün strukturlarını məhv etməkdə qərarlıdır. "Qəzzədə daha HƏMAS olmayacaq. Qaçırılanlarımıza zərər verməyə cəsarət edən hər kəs başları ilə ödəyəcək. Biz sizi təqib edəcəyik və sizə çatacağıq", - Netanyahu xəbərdarlıq edib.

 

Şahanə Rəhimli
Musavat.com

20.11.2024 01:01
389