Netanyahu Ərdoğanı HƏDƏLƏDİ, Ərdoğandan ŞOK ANONS: ŞİDDƏTLİ TUFAN yaxınlaşır – CANLI

"İkinci Dünya müharibəsindən sonra formalaşmış qlobal sistem kökündən çatlayır".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Bölgə və dünyada baş verən hadisələr göstərir ki, çox mühüm dəyişikliyin astanasında, hətta onun mərkəzindəyik. İkinci Dünya müharibəsindən sonra formalaşmış qlobal sistem kökündən çatlayır. Neoliberal iqtisadi-siyasi nizamın yerində daha proteksionist strukturun yüksəldiyini görürük. Demək olar ki, hər yerdə dövlətlər cəmiyyət və iqtisadiyyatın güclənməsinə yönəlmiş siyasətlər hazırlayırlar, ticarətdən təhlükəsizliyə, müdafiədən əhali sayına qədər müxtəlif sahələrdə yeni mübarizə dövrünə hazırlıq görülür. Beynəlxalq siyasətin demək olar ki, bütün aktorları yeni axtarışlara başlayıblar. Görünür, gömrük tarifləri ilə bağlı alovlanan ticarət müharibələrinin qlobal təsirləri olacaq. Böyük-kiçik hər kəsə təsir edəcək şiddətli “tufan” yaxınlaşır”, - dövlət başçısı bildirib.

İsrail Türkiyə ilə qarşıdurma istəmir.

Teleqraf Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.
“İsrail Türkiyə ilə münaqişəyə can atmır, amma özünü müdafiə etmək üçün lazım gələrsə, hərəkətə keçməkdən də çəkinməyəcək”, - baş nazir bildirib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi şərhçi Azər Həsrətdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

10.04.2025 13:06
778