Nəsrullahla birgə öldürülən Hizbullah liderlərinin adları AÇIQLANDI

İsrail Ordusu sentyabrın 27-də Beyrutun Dahiya məhəlləsinə endirdiyi aviazərbə nəticəsində Hizbullah lideri Şeyx Həsən Nəsrullahla birgə 20-dən çox Hizbullah üzvünün öldürüldüyünü açıqlayıb.

İsrail Ordusu aviazərbə zamanı aşağıdakı şəxslərin öldüyünü açıqlayıb:

Ali Karaki – Hizbullahın cənub cəbhəsinin komandiri;

İbrahim Huseyn Cazini - Şeyx Həsən Nəsrullahın şəxsi mühafizə xidmətinin rəisi;

Samir Taufik Diab - Şeyx Həsən Nəsrullahın məsləhətçisi;

Abd al-Amir Məhəmməd Siblini – Hizbullahın qüvvələrinin formalaşdırılmasına məsul şəxs;

Ali Navaf Ayub – Hizbullahın atəş gücünə məsul şəxs:

İbrahim Huseyn Cazini və Samir Taufik Diab Şeyx Həsən Nəsrullaha ən yaxın şəxslər sırasında olub.//APA

 
29.09.2024 17:40
1062