Nəsrin Türkiyədə ilin tərz qadını seçildi

Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Türkiyədə mükafata layiq görülüb. 

OLAY yazır ki, o, “Denebunu.com” mükafatlandırma mərasimində “İlin ən dəbli siması” seçilib.

Aktrisa gecədə qızılı rəngli transparan libası ilə olduğu qədər, çıxışı ilə də xeyli diqqət çəkib.

“Qadınların geyindiklərinə görə yadırğanmadığı bir Türkiyə arzu edirəm”, - deyə, o, söyləyib.

Nəsrin tədbirdə tamaşaçılar arasında atasını axtararkən maraqlı anlar yaşanıb:

“Ata, haradasan? Bu axşam atamla gəldim. Onsuz da bütün ödül mərasimlərinə ya anamla, ya da atamla gedirəm. Atam mənə mesaj yazıb ki, qızım, uzun zamandır kostyum geyinmirəm, çox qəribə hiss edirəm. Mən də, ata, mən də iki həftədir, şəffaf libas geyinmirdim, mən də qəribə hiss edirəm dedim”.

 

29.05.2024 14:49
1434