Nərimanovda 20 yaşlı oğlanı avtomobil vurub

Bakının Nərimanov rayonunda gənc oğlanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Ziya Bünyadov prospektində avtomobil yolu keçən 2003-cü il təvəllüdlü Balayev Fərman Hüseyn oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

08.01.2023 01:57
504