Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərmanov rayonu ərazisində təkər və məişət tullantılarının yanması barədə ilkin məlumat daxil olub.
FHN Mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.