Nəqliyyat vasitəsinin sağ arxa təkəri olmadan idarə olunması ilə bağlı yayılan görüntülərə RƏSMİ MÜNASİBƏT

“Sumqayıt şəhərində 39-BB-273 dövlət qeydiyyat nişanlı “ZiL MMZ 4505” yük avtomobilinin nəqliyyat vasitəsini sağ arxa təkəri olmadan idarə etməsi ilə bağlı yayılan görüntülər araşdırılıb”.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb:

“Araşdırma nəticəsində məlum olub ki, sürücünün nəqliyyat vasitəsini o formada idarə etməsi yolu bağlamamaq məqsədilə olub. Sürücü DYP-nin əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunla müvafiq tədbir görülüb”.

@@TVmusavat/82356@@

04.04.2024 14:53
1644