Nəqliyyat vasitəsini qaçıran şəxslər SAXLANILDI

Suraxanı rayonu ərazisində bir nəfərin “Khazar” markalı avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş X.Qayıbov müəyyən olunaraq saxlanılıb.

Paytaxtın Nizami rayonunda da motosiklet qaçırmaqda şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırma aparılır.

Musavat.com

21.03.2025 13:05
328