Nəhəng layihə: 500 kilometrlik hərəkət edən yol

Yaponiya artan istixana qazı emissiyaları ilə mübarizə məqsədilə innovativ bir nəqliyyat üsulu yaratmağa hazırlaşır.

Tokyo ilə Osaka arasında qurulması və 500 km uzunluğunda olması planlaşdırılan hərəkət edən yol sistemi avtomobil yolu daşımalarını əvəz edəcək.

Tikinti prosesinin təxminən 10 il davam etməsi və layihənin ümumi dəyərinin 25 milyard avroya çatması gözlənilir. İki istiqamətli nəzərdə tutulan bu “hərəkət edən yol” vasitəsilə gündə 25 min konteynerin daşınacağı proqnozlaşdırılır.

Yaponiyada yük maşını sürücülərinin çatışmazlığının getdikcə artdığı bir şəraitdə bu layihənin daşımalar sahəsində inqilab yarada biləcəyi düşünülür.

Məlumat üçün qeyd edək ki, daşınma sektoru atmosferə buraxılan karbon qazının 7 faizini təşkil edir.//Valyuta.az

09.11.2024 22:04
6103