NƏHAYƏT, Rusiyanın BOMBALANMASINA icazə verildi, nazir CƏBHƏYƏ getdi - CANLI

Qərb çox güman ki, artıq Kiyevə Rusiya ərazisinin uzaqmənzilli raketlərlə vurulmasına icazə vermək qərarına gəlib. Bu qərarın mediada rəsmiləşdirilməsi gedir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Əlbəttə ki, bütün bu qərarlar artıq qəbul edilib”, - Kremlin sözçüsü ABŞ və Böyük Britaniya arasında bu məsələ ilə bağlı müzakirələr barədə mətbuatda yayılan xəbərləri şərh edib.

“Hazırda media artıq qəbul edilmiş qərarı rəsmiləşdirmək üçün sadəcə informasiya kampaniyası aparır", - Peskov əlavə edib.

Rusiya müdafiə naziri Andrey Belousov ilk dəfə olaraq “xüsusi əməliyyat zonasında” “Qərb” qoşun qruplaşmasında yoxlama aparıb. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiya MN başçısı Ukrayna Silahlı Qüvvələrinin hərəkətlərinin xarakteri barədə məruzələri dinləyib.
Rusiya ordusu Kursk vilayətində 10 yaşayış məntəqəsini azad edib. “Əhməd” xüsusi təyinatlılarının komandiri Aptı Alaudinov deyib.

“Vəziyyətimiz yaxşıdır. Bölmələrimiz Kursk istiqamətinin sağ cinahında hücuma keçdi. Dünən və bu gün bu istiqamətdə ümumilikdə 10-a yaxın yaşayış məntəqəsi azad edilib”, - Alaudinov bildirib.

TVMusavat-ın bu gün saat 16:04-də canlı yayımlanan “Həftə içi" verilişində aparıcı Emil Salamoğlunun qonağı siyasi şərhçi Elçin Xalidbəylidir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

11.09.2024 16:04
1280