Neftlə bağlı SON DƏQİQƏ XƏBƏRİ: Bəzi çətinliklər var...

Neft bazarı bəzi çətinliklərlə üzləşir, lakin qlobal iqtisadiyyat böyüməyə davam etdiyi üçün neftə tələbat pik həddə çatmayacaq.

Musavat.com xəbər verir ki, bunu ADIPEC-in enerji konfransında çıxışı zamanı OPEC-in baş katibi Heysəm əl-Qeys deyib: “Bəli, bəzi maneələr var, amma bəzilərinin bunu təqdim etməyə çalışdığı qədər mənfi deyil”.

OPEK baş katibi qeyd edib ki, son vaxtlar iqtisadi artımın ləngiməsi barədə çox danışılır, lakin real məlumatlar başqa vəziyyətdən xəbər verir. Belə ki, o vurğulayıb ki, məsələn, ABŞ iqtisadiyyatı üçüncü rübdə 2,8 faiz artıb: "İcazə verin, soruşum, ABŞ-dan sonuncu dəfə belə məlumatların çıxdığını xatırlayırsınızmı? ABŞ iqtisadiyyatı yaxşı gedir".

Əl-Qeys Çin iqtisadiyyatına da diqqət yetirib: "Hər kəs Çində yavaşlamadan danışır. Düşünürəm ki, insanlar 9-10 faiz böyüməyə öyrəşiblər, lakin Çinin böyüklüyünü nəzərə aldıqda, 5 faiz böyümə mühüm əhəmiyyətlidir".

OPEC həm uzun, həm də qısamüddətli perspektivdə neft tələbi ilə bağlı müsbət fikirdədir, deyə əl-Qeys davam edib: “Bir neçə il əvvəl çox adam deyirdi ki, neftə tələbat 2030-cu ildə pik həddə çatacaq, indi deyirlər tələbat 2035-ci ildə zirvəyə çatacaq. Əminəm ki, bir neçə ildən sonra neftə tələbat 2040-cı ildə pik həddə çatacaq deyəcəklər və s. Bu, məntiqə ziddir”.

Musavat.com

04.11.2024 20:02
566