2024-cü ildə dünyada neftin orta qiyməti 80-85 dollar təşkil edəcək.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş nazir müavini Aleksandr Novak Sankt-Peterburq İqtisadi Forumunda açıqlayıb.
Onun sözlərinə görə, ilin dörd ayında orta qiymət 84 dollar olub: “Düşünürəm ki, 2024-cü ilin sonuna qədər qiymət təxminən 80-85 dollar olacaq”.
Musavat.com