Neftin qiyməti ilə bağlı ŞOK PROQNOZ - 2025-ci ilin sonuna kimi...

"Goldman Sachs Group Inc"in analitikləri 2025-ci il üçün Brent markalı neftin orta qiyməti ilə bağlı proqnozu 82 dollardan 77 dollara qədər endirib.

Musavat.com bankın hesabatına istinadən xəbər verir ki, bunun analitiklər Çində tələbin zəifləməsi ilə əsaslandırırlar.

İnvestisiya bankının ekspertləri gələn il Brent neftinin qiymətinin 70-85 dollar diapazonunda dəyişəcəyini gözləyirlər.

"Goldman"ın icmalında qeyd olunur ki, ABŞ-ın karbohidrogen hasilatı proqnozları üstələyir, Çinin neft istehlakı artımı isə elektrik avtomobillərindən istifadənin artması və neft-kimya sənayesindən zəif tələbat fonunda yavaşlayır.

Bu amillər neftin qiymətinin aşağı düşməsinə kömək edəcək, lakin Hindistanda güclü tələb və qlobal mərkəzi bankların monetar siyasətinin yumşaldılmasının iqtisadi fəallığı dəstəkləyəcəyi gözləntiləri bazardakı enişi məhdudlaşdıracaq.

Analitiklər qeyd edib ki, OPEC+-ın oktyabr ayından hasilat məhdudiyyətlərinin bir hissəsini geri götürmək qərarı alyansın “üzv olmayan ölkələrdən gələn tədarükün strateji cəhətdən məhdudlaşdırılmasına” çalışdığı anlamına gələ bilər.

"Morgan Stanley" ekspertləri də gələn il Brent neftinin qiymətinin 80 dollardan aşağı olacağını gözləyirlər. Onlar həmçinin 2025-ci ildə bazarda neft profisitini proqnozlaşdırırlar.

"Morgan Stanley" bu il qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu sutkada 1,2 milyon barel neft ekvivalentindən 1,1 milyon barrelə endirib.

Bank ekspertləri bu ilin dördüncü rübü üçün Brent neftinin orta qiyməti ilə bağlı proqnozu bir barel üçün 85 dollardan 80 dollara endirib və 2025-ci ilin sonuna kimi qiymətin 75 dollara enəcəyini gözləyirlər.

Musavat.com

27.08.2024 18:35
2519