Dünya bazarında neftin qiymətində sürətli ucuzlaşma başlayıb.
Musavat.com "Bloomberg"ə istinadən xəbər verir ki, "Brent" markalı etalon neftin fevral fyuçerslərinin qiyməti Londonun İCE birjasındakı hərraclarda 3 dollara yaxın ucuzlaşaraq son 5 ayda ilk dəfə olaraq 74.62 dollar təşkil edib.
Nyu-York əmtəə birjasında WTI neftinin yanvar fyuçersləri isə 2,83 dollar ucuzlaşaraq 69.49 dollara satılır.
Analitiklər bu azalmanın Çin iqtisadiyyatına dair proqnozların getdikcə bədbinləşməsi, OPEK+ ölkələrinin 2024-cü ilin birinci rübündə hasilatı azaltmaqla bağlı könüllü öhdəliklərə əməl edəcəklərinə inamın az olması ilə izah edirlər.
Musavat.com