“Neftçi”dən “Qarabağ”la bağlı ən SON XƏBƏR

Aprelin 19-da cari mövsümün sonuncu Azərbaycan derbisi baş tutacaq.

“Neftçi” turun diqqətçəkən qarşılaşmasına ciddi itkilərlə çıxacaq.

Ryonosuke Ohori, Emil Səfərov və Robert Bauerə “Zirə”ylə ötən həftəki görüşdən sonra Edvin Kuç da qoşulub.

Bu dörd nəfərin “Qarabağ”a qarşı oynamayacağı dəqiqdir.

Son günlər zədə səbəbindən fərdi məşq edən Emin Mahmudovla Mustafa Sekə gəlincə, hər iki futbolçu həftəiçi kollektiv hazırlıqlarda iştirak ediblər. Onların oynayıb-oynamayacağına baş məşqçi Samir Abasov qərar verəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək qarşılaşma saat 19:00-da başlayacaq.  (sportinfo.az)

19.04.2025 18:51
472