Neftçalada fərdi evdəki partlayışda xəsarət alan şəxs xəstəxanada ölüb

Neftçalanın Xolqaraqaşlı kəndində fərdi yaşayış evində baş verən partlayış nəticəsində yanıq xəsarətləri alan şəxs vəfat edib.

“Report”un Aran bürosunun məlumatına görə, xəstəxanaya yerləşdirilən 1995-ci il təvəllüdlü Əzizov Babək Bəylər oğlu həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, partlayış nəticəsində onun qardaşı, 2001-ci il təvəllüdlü Əzizov Bayram Bəylər oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

29.05.2025 00:36
406