Neftçalada avtomobil kollektora aşıb: ər-arvad xəsarət alıb

Neftçalada baş verən yol qəzasında ər-arvad xəsarət alıb.

Musavat.com-un “Report”a istinadən məlumatına görə, hadisə Xolqaraqaşlı kəndində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə minik maşını yolun kənarındakı kollektora düşüb.

Qəza nəticəsində rayon sakinləri - 1988-ci il təvəllüdlü Haqverdiyev Tural Eldar oğlu və həyat yoldaşı Haqverdiyeva Leyla Əbülfəz qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Fakt araşdırılır.

25.12.2022 23:08
349