Neft ucuzlaşıb

Dünya bazarında neftin qiyməti aşağı düşüb. Hazırda investorlar tələb-təklif amillərini qiymətləndirirlər.

“Report” xəbər verir ki, bunu birjaların məlumatları göstərir.

“Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 0,72 % ucuzlaşaraq 1 bareli 94,42 ABŞ dolları olub.

WTI markalı neftin sentyabr fyuçersləri 0,46 % azalaraq 89 ABŞ dolları təşkil edib.

16.08.2022 12:37
448