Neft tankeri ilə əlaqə kəsildi - Silahlı basqın İDDİASI

İraqdan Əliağa limanına yola düşən və neft daşıyan "St. Nicholas" gəmisi ilə Oman sahillərində əlaqə kəsilib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, gəmidə 1 yunan və 18 filippinli olmaqla ümumilikdə 19 ekipaj üzvü olub.

Gəmiyə silahlı şəxslərin basqın etdiyi iddia edilir.

Bəsrədən yola çıxan tankerdə 145 min ton neft olduğu bildirilir.

Musavat.com

11.01.2024 16:06
909