2024-cü ilin sentyabr ayı ərzində Azərbaycan Mərkəzi Bankında 8 valyuta hərracı keçirilib. Bu hərraclarda Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 732,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Musavat.com-un apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövründəki satışdan 4,5 dəfə çoxdur. Ötən ilin sentyabrında Fondun valyuta satışının həcmi cəmi 164,5 milyon dollar təşkil etmişdi.
Bu ilin yanvar-sentyabrında Neft Fondu 5 milyard 745 milyon dollar satıb ki, bu da ötən ildəki göstəricidən 2,3 dəfə çoxdur.
Musavat.com