Azərbaycan Dövlət Neft Fondunun ötən il aldığı 44,8 ton qızılın 41 tonu artıq ölkəyə gətirilib.
Musavat.com xəbər verir ki, bunu Fondun İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov 2024-cü ilin yekunlarına həsr olunmuş tədbirdə deyib. Onun sözlərinə görə, qızıla investisiyaların artırılmasında məqsəd Fondun investisiya portfelinin diversifikasiyasınl gücləndirmək, mümkün risklərdən qorumaqdır.
F.Zeynalov onu da qeyd edib ki, bu il də qızıla investisiyaların artırılması siyasəti davam etdiriləcək, qızıl ehtiyatlarının həcmi 170 tona çatdırılacaq: “Ötən il ehtiyatların həcmi 146.6 tona çatdırılıb. Qızıl alışları davam etdirilir. Bu ilin aprel-may aylarında ümumi miqdarın 170 tona, qızılın investisiya portfelində payının isə 25 faizə çatdırılması nəzərdə tutulur".
Musavat.com