Neft 89 dollara qalxacaq

Bu həftənin bazar ertəsi neft qiymətləri son iki ildə ən kəskin ucuzlaşmaya məruz qalıb.

Musavat.com xəbər verir ki, ötən cümə günü İsrailin İrana zərbələri Yaxın Şərqdə münaqişənin yeni mərhələsinin ciddi nəticələrə gətirib çıxarmayacağı qənaəti formalaşdırıb.

Bu vəziyyət bazar iştirakçılarının qara qızıl axınına dair risklərlə bağlı narahatlıqlarını azaldıb. Bununla yanaşı, investorlar 2025-ci ildə qlobal enerji balansının pisləşməsi ilə bağlı proqnozlara diqqət yetiriblər. Musavat.com xəbər verir ki, bu məlumatla Böyük Britaniyanın Standard Chartered Plc bankı çıxış edib.

Bankın oktyabr hesabatına görə, hazırda Yaxın Şərqdəki vəziyyətin diplomatik yolla həlli gözlənilmir. Bölgədə gərginliyin mümkün artması, eləcə də ABŞ-da səsvermənin nəticələri neftin qiymətinin artmasına səbəb ola bilər. Hesab olunur ki, ABŞ-ın yeni prezidenti vəzifəsinin icrasına başlayana qədər Yaxın Şərqdə sülhün əldə olunması istiqamətində hansısa ciddi atılmayacaq. İsrail bu müddət ərzində İranla bağlı məqsədlərinə çatmaq üçün addımlar ata bilər. Bu isə regionda münaqişənin daha da alovlanmasına, bazara neft tədarükünün azalmasına gətirib çıxara bilər.

"Standard Chartered"in proqnozlarına görə, hadisələrin belə inkişafı şəraitində 2025-ci ilin birinci rübündə "Brent" markalı neftin bir barelinin qiyməti 89 dollar, WTI isə 86 dollar olacaq. "Brent" sonuncu dəfə bu il 7 faizdən çox ucuzlaşaraq bir barel üçün 71 dollar olub.

Musavat.com

30.10.2024 13:27
669