Müdafiə nazirinin sabiq birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi general-polkovnik Nəcməddin Sadıkov uzun fasilədən sonra ictimaiyyət arasında görünüb.
Musavat.com unikal.az-a istinadən xəbər verir ki, N.Sadıkov Binə Atçılıq Mərkəzində “Mahir Muradov Kuboku” uğrunda keçirilən konkur yarışlarını izləyib.
O, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə yanaşı əyləşib.
Xatırladaq ki, N.Sadıkov 2 noyabr 1993-cü ildə Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. 2020-ci ilin oktyabr ayında o, tutduğu vəzifədən azad edilib.