Nəbatat bağına giriş bağlanır

Bakı şəhər Mərkəzi Nəbatat Bağı təmirə bağlanır.

Bu barədə Musavat.com-a Bakı şəhəri İcra Hakimiyyəti məlumat verib.

Bildirilir ki, Bakı şəhər Mərkəzi Nəbatat Bağının müdiriyyətinin verdiyi məlumata görə parkın ərazisində aparılan abadlıq yenidənqurma və tikinti işləri ilə əlaqədar bura istirahətə gələn vətəndaşların təhlükəsizliyinin təminatı məqsədi ilə noyabrın 19-dan etibarən Mərkəzi Nəbatat Bağına ziyarətçilər üçün giriş bağlı olacaqdır.

Musavat.com

16.11.2022 10:45
863