Ötən gün Ermənistan parlamentinin spikeri Alen Simonyan ermənilərə şad xəbər verərək bildirib ki, "Azərbaycan və Ermənistan sülh sazişi üzrə 16 bəndlə bağlı tam razılığa gəlib və artıq sülh vaxtıdır". Onun bu açıqlaması İrəvanda ciddi rezonans doğurub, müzakirələrə səbəb olub. Simonyanın “16 maddə razılaşdırılıb” deməsindən belə görünür ki, “razılaşdırılmayan maddə” qalmayıb və sülh sazişi artıq tam “hazırdır”.
Erməni mətbuatı yazır ki, Ermənistan əslində “kluarlarda” digər 3 maddə ilə bağlı Azərbaycanın tələblərini qəbul edib, Simonyan da dolayısı ilə buna işarə edib. Azərbaycan politoloqları isə bunu Simonyanın hiyləgər gedişi kimi qiymətləndirir. Onların fikrincə, Alen Simonyan bununla guya sülh sazişi bağlamaq üçün heç bir maneənin qalmadığı təəssüratı yaratmaqla, Azərbaycanı “sülh sazişindən qaçan tərəf” kimi təqdim etməyə çalışır.
Bəs vətəndaşlarımızın bu məsələdə fikirləri necədir?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com