Xəbər verdiyimiz kimi, ötən gün Qaradağda 9 yaşlı oğlan itlərin hücumuna məruz qalıb.
Sahibsiz itlərin hücum etdiyi azyaşlının babası Baku TV-yə danışıb.
Onun sözlərinə görə, bu, ərazidə yaşanan ilk hal deyil: “Başqa sakinlər də bir neçə dəfə küçə itlərinin hücumuna məruz qalıb. Hadisə vaxtı üç dənə it uşağa hücum edib dişləyirmiş. Kənardan cavan bir oğlan görüb çətinliklə xilas edib. Uşağın nə qolu var, nə ayağı, əməliyyat olunub. Adam gəlməsəydi, itlər uşağı məhv edəcəkdi”.
Azyaşlının anası isə bildirib ki, oğlu dostları ilə birgə oynayarkən 3 it hücum edib, başını, bədənini parçalayıb: “Mənə yalvardı ki, “ana, icazə ver, gedim həyətdə oynayım”. Əslində mən heç onu həyətə buraxan deyiləm. Pəcərədən baxırdım ki, uzağa getməsin. Amma necə olubsa, uşaqlara qoşulub bir az aralanıblar...
Bunların hamısı küçə itləridir və zibilxananın yanında çox olurlar. Biz özümüz də zibil atmağa qorxa-qorxa gedirik. Xahiş edirəm, aidiyyəti orqanlar bu işlə ciddi məşğul olsunlar. Çünki hadisə hər kəsin uşağının başına gələ bilər…”
Ətraflı videomaterialda: